Almaniya Daxili İşlər Nazirliyi Polşa-Belarus sərhədində nəzarəti gücləndirməyi dəstəkləyib

 

Almaniyanın daxili işlər naziri Xorst Zeexofer Polşanın qeyri-qanuni miqrasiya ilə əlaqədar Belarusla sərhəddə hasar çəkmə qərarını dəstəkləyib.

APA-nın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, siyasətçi Polşanın hərəkətlərini şərh edib:"Avropa ideyası ruhunda bizə kimin gəldiyini bilməliyik. Xarici sərhədi gözədəyməz şəkildə keçməyin mümkün olmadığı formada qorumağımız tamamilə qanunidir”.

 

Nazirin sözlərinə görə, qanunsuz miqrasiya ilə bağlı vəziyyət Almaniyaya və bütün Avropaya güclü təzyiq göstərir.

O qeyd edib ki, yüzlərlə sərhədçi Almaniya-Polşa sərhədinə gecə-gündüz nəzarət edir və lazım gələrsə, siyasətçi onların sayını artırmağa hazırdır.