Almaniya Afrinə görə Türkiyəni qınadı

Almaniyanın baş naziri Angela Merkel parlamentdəki son çıxışında Türkiyənin Afrin əməliyyatı ilə bağlı vacib açıqlamalar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Türkiyənin Afrin əməliyyatını qınadığını bildirib:

“Afrindəki silahlı əməliyyat heç bir şəkildə qəbul edilə bilməz. Bunu şiddətlə qınayıram”.

Almaniya rəsmisi Ulrike Demmer də bugünkü çıxışında vətəndaşların həyatının risk altında olduğunu və mühacirlər üçün narahat olduqlarını vurğulayıb:

“Türkiyə ordusunun Afrinin böyük bir hissəsini nəzarətə almaqla bağlı xəbərləri narahatlıqla izləyirik”.

Qeyd edək ki, daha öncə ABŞ rəsmiləri də bu səpkili açıqlama verərək narahat olduqlarını bildirmişdi. Türkiyə isə cavabında terrora qarşı mübarizə apardıqlarını, nəinki vətəndaşların həyatını riskə atmaq, onların həyatını qurtarmaq üçün çalışdıqlarını bildirmişdi.