Allahın təhqir olunmasına etiraz olaraq Gəncə Baş Polis İdarəsi önündə də aksiyaya cəhd olub-VİDEO

Növbəti bir qrup insan bu gün Gəncə Baş Polis İdarəsi önündə aksiya keçirməyə cəhd göstərib. Əsas tələbləri Allahı polis idarələrində təhqir edənlərin cəzalanması olan aksiya iştirakçıları müqəddəs dəyərlərə qarşı istənilən bir addımın yol verilməz olduğunu bildiriblər. Aksiya insidentsiz başa çatıb.