Allahı tanımağın insan həyatında təsirləri (1-ci hissə)

Allahı tanımağın insan həyatına danılmaz obyektiv təsirləri var ki, bunlardan bəziləri aşağıdakılardır:
1. Allahı tanımağın elmin tərəqqisi ilə əlaqəsi
Səyahətdən gələn və sizə hədiyyə olaraq kitab gətirən və “Əla kitabdır! “Çünki onun müəllifi son dərəcə ziyalı alim, bilikli, dəqiq və bacarıqlı, həm də öz sahəsində dahi və sözün hər mənasında ustaddır”. 
Şübhəsiz ki, siz bu kitabı təsadüfən oxumayacaqsınız, əksinə, bütün cümlə və təfsirlərə, hətta onun sözlərinə diqqət yetirəcək, bir cümləsini də başa düşməsəniz, saatlarla və bəlkə də günlərlə ardıcıl olaraq ona qayıdacaqsınız ki, onun məna və məfhumu sizin üçün aydınlaşsın. Çünki onun müəllifi sıradan bir insan deyil, hesablamadan bir kəlməni yazmayan böyük bir alimdir. 
Amma sizə bunun əksini desələr ki, “Bu kitab gözəl görünə bilər, amma onun müəllifi heç bir elmi keçmişi olmayan, işində heç bir hesabı olmayan savadsız adamdır” həmin kitab sadəcə təsadüfi bir nəzər salarsan, onun hər yerini anlaqsız hesab edərsən. Düşünərsən ki, bu yazıçı savadsız və məlumatsız adamdır, ona görə də insanın bu kitaba vaxt sərf etməsi heyifdir. 
Kainat böyük bir kitab kimidir ki, onun hər bir canlısı bir söz və ya cümlə əmələ gətirir. Allahpərəst insan üçün bu dünyanın bütün zərrələri diqqət olunmağa layiqdir. İmanlı insan təqva nuru işığında yaradılışın sirlərini xüsusi bir maraqla öyrənir və bu da bəşəri elmlərin tərəqqisinə töhfə verir. Çünki bilir ki, bu sistemin yaradıcısı sonsuz elm və qüdrətə malikdir və bütün işləri hikmət və fəlsəfə üzərindədir. Beləliklə, o, daha diqqətlə öyrənir və sirlərini daha yaxşı başa düşmək üçün daha da dərindən araşdırma aparır. Amma materialist insanın yaradılış sirlərini dərindən öyrənməyə həvəsi yoxdur. Çünki onları yaradanı şüursuz təbiət hesab edir. Bəzi materialşünasların elmi kəşf edənlər sırasında olduğunu görsək, bu, çox vaxt Allahı qəbul etmələri və Onu təbiət adlandırmalarından qaynaqlanır. Onlar həmçinin təbiətdə  “nizam-intizam”, “hesab” və “proqram”ın olduğunu hesab edirlər. Bir sözlə, Allahpərəstlik elm və biliyi inkişaf etdirən vasitədir.
Tərcümə etdi: Fərhad Mirzə