Ali-Xəlifə rejiminin həbsxanada olan böyük İslam aliminə işgəncəsi davam edir

Şeyx Əbdül Cəlil əl-Miqdaq xəstəxanada müalicə olunmağı rədd edən bəyanatı imzalamaqdan imtina etdikdən sonra Bəhreyndə Co həbsxanasının mühafizəçiləri tərəfindən döyülüb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbərinə görə, məlum olub ki, Şeyx əl-Miqdad müalicə üçün həbsxanadan buraxılmalı idi, lakin polis həkimin gəlmədiyini bildirib və onun yenidən həbsxanaya göndərilməsini tələb edib.

Ali Xəlifə rejim qüvvələri Şeyx əl-Miqdaddan müalicə prosesinin əleyhinə olduğunu bildirən bir sənəd imzalamasını istəyib, lakin Şeyx Miqdad bunu qəbul etmək istəməyincə 4 mühafizəçi ona hücum edərək döyüblər.

Mətbuatda yayılan məlumatlara görə, bütün bunlarla yanaşı Şeyx Əbdül Cəlil əl-Miqdad çox çirkin təhqirlərə məruz qalıb.

Bəhreynin Daxili İşlər Nazirliyinin Şeyx əl-Miqdadın döyülmədiyini iddia etməsindən bir neçə saat sonra, Şeyx əl-Miqdad ona hücumu izah edən audio fayl göndərərək, qisas, təqib və qəddarlığı ehtiva edən bu hücuma dözmək mümkün olmadığını bildirib.

Şeyx Miqdad eyni zamanda müalicə üçün həkimə getməli olduğunu, lakin ona həkimin gəlmədiyini dediklərini və sonra kameraya müalicədən imtina etdiyini bildirməsini istədiklərini bildirib.

Bu şiə alimi, həyatını təhlükə altına ala biləcək qəsdən tibbi laqeydlikdən əziyyət çəkir. Çünki illərdir başında şiddətli ağrılar olub, diaqnoz və müalicə olunmayıb, eyni zamanda, belindəki yırtıq, ayaqlarındakı şişlik onu narahat edir və fiziki vəziyyəti günü-gündən pisləşir.

Bununla bağlı olaraq Bəhreyn inqilabının ruhani lideri Şeyx İsa Qasim bir bəyanatla çıxış edərək, Ali-Xəlifə rejiminin bu hərəkətini pisləyib.