Aleksandr Vuçiç: “Serbiya öz ərazisində xarici bazalara ehtiyac görmür”

“Serbiya öz ərazisində, kimin olmasından asılı olmayaraq, başqasının hərbi bazalarına ehtiyac görmür”.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Serbiya sülhü qorumaq, müstəqil şəkildə öz səmasının və torpağının, eləcə də xalqının və əhalisinin təhlükəsizliyini təmin etmək istəyən hərbi cəhətdən neytral dövlətdir: “Bu, gələcəkdə də belə olacaq”.

A.Vuçiç həmçinin bildirib ki, ölkəsi həm Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR), həm də bütövlükdə NATO ilə gələcək əməkdaşlığı və əlaqələri gücləndirmək, həmçinin nəyin bahasına olursa-olsun, münaqişənin daha da gərginləşməsinin qarşısını almaq istəyir.