Aleksandr Lukaşenko etirazçıları təhdid etdi: yaxın duranın qolu qopardılacaq

Belarus prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinin əməkdaşları qarşısında çıxış edib. "RİA Novosti”-nin 30 oktyabr tarixli xəbərində bu haqda məlumat verilib.
 

Xəbərdə deyilir ki, Lukaşenko hökumətin siyasətinə etiraz edənlərə açıq təhdidlər səsləndirib və hökumətin geri çəkilməyəcəyini bəyan edib.

"Bu gün dəmir yollarına çıxanlar, elektrik ötürücülərinin qarşısında faşist bayraqları asanlar, qısası, bu gün dövlət infrastrukturunu dağıtmağa, pozmağa çalışanlar bilməlidirlər ki, bu gündən etibarən onları gizləndikləri mənzillərindən əsir götürməcəyik. Amma kimsə hərbi qulluqçuya yanaşarsa, oradan o, ən azı qolunu itirmiş vəziyyətdə getməlidir... Bundan sonra belədir, vəssalam. Bizim geri çəkilməyə yerimiz yoxdur və geri çəkilmək fikrində də deyilik" – Lukaşenko belə deyib.

Avqustun 9-dakı prezident seçkilərində Aleksandr Lukaşenkonun növbəti dəfə prezidenti seçildiyi elan ediləndən sonra Belarusda kütləvi etiraz aksiyaları səngimək bilmir. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edir və Lukaşenkonun istefa verməsini tələb edirlər. Bir sıra Avropa ölkələri Lukaşenkonu legitim prezident kimi tanımaqdan imtina ediblər.