Aleksandr Lukaşenko Donbassa sülhməramlılar göndərməyə hazır olduğunu bəyan edib

Aleksandr Lukaşenko Donbassa sülhməramlılar göndərməyə hazır olduğunu bəyan edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Donbassa sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu bəyan edib.

Operativ.tv APA agentliyə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bildirib ki, tərəflər razılıq verəcəyi təqdirdə, Ukrayna-Rusiya sərhədini nəzarətə götürməyə hazırdır.

Belarus lideri qeyd edib ki, müharibənin qarşısının alınması üçün heç bir addım atmadığına görə Ukraynanın sabiq prezidenti Petro Poroşenkonu dəfələrlə qınayıb: "Mən ona bildirirdim ki, ölkəndə müharibə gedir, sənsə heç bir iş görmürsən, sən bu problemi həll etməlisən".

 

A. Lukaşenko Ukraynanın ərazi bütövlüyünün saxlanmasının tərəfdarı olduğunu da vurğulayıb: "Ukrayna vahid və bölünməz olmalıdır".

O, Ukraynada sülhün əldə olunmasına Belarusun ən müxtəlif vasitələrlə yardım etməyə hazır olduğunu diqqətə çatdırıb.

A. Lukaşenko onu da əlavə edib ki, Minsk Rusiyaya qarşı heç kimlə dostluq etməyəcək.

O, Belarus və Rusiya prezidentləri arasında yaxşı münasibətlərin olduğunu vurğulamaqla yanaşı, həll edilməli olan digər problemlərin mövcudluğunu da diqqətə çatdırıb.

"Bizim Ukrayna ilə də problemlərimiz var", - deyə A. Lukaşenko əlavə edib.

Facebook