Ağır atletika üzrə yığmamız 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək

Azərbaycanın ağır atletika yığmasının üzvləri 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq. Onlar aşağıdakılardır:

Qadınlar: Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq).

Kişilər: Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran ismayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq).

Oyunlarda ağır atletika üzrə yarışlar 11-15 avqust tarixlərində keçiriləcək.