"Agent" adı ilə hücum dövlətin əsaslarını sarsıdır.

AXCP sədr müavini Seymur Həzi özünün facebook səhifəsində ilahiyyatçı Sərdar Hacıhəsənli barəsində paylaşım edib:

Hökumətin hər dəfə toplumun bir zümrəsinə "agent" adı ilə hücum etməsi dövlətin əsaslarını sarsıdır. Azərbaycanda agentura şəbəkələri varsa, bunların ən böyüyü Rusiyaya aiddir. Amma oradan hələ ki, heç kimi tutmayıblar... İranın da agentura şəbəkəsi var, sözsüz ki! Fəqət dövlətçiliklə bağlı sağlam mövqeyi olan ruhaniləri sırf hökumətə müxalifdirlər deyə həbs etmək yolverilməzdir. Sərdar Hacıhəsənli ilə zindanda xeyli ünsiyyətim olub. Bir Rəsulzadə sevdalısı (Rəsulzadəyə ithaf etdiyi yanğılı şeirini də mənə oxuyub)  necə İran dövlətinə bağlı ola bilər? İrana qarşı ən ciddi silahımız elə milli heysiyyətı olan ruhanilərimiz olmalıdır.