Ağdamda partlayış: əsgərlər arasında yaralananlar və ölən var

Hadisə ilə bağlı cinayət işi açılıb

Fevralın 4-də günorta saatlarında Ağdam rayonunda baş verən partlayış əsgər Qubad Zeynalovun həyatına son qoyub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda iki hərbçi qulluqçu - Nemət Babayev və Balaqardaş Məlikməmədovun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib: "Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur".

Nazirlik hadisə ilə bağlı cinayət işi açıldığını qeyd edib.