Xəbər verdiyimiz kimi bu gün ictimai fəal Razi Hümbətovun məhkəməsi önündə insident yaşanıb. Polis məhkəmə önünə toplananları ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman polis və məhkəməyə gələnlər arasında qarşıdurma yaranıb. Polisin addıma etiraz edənlərdən altı nəfər saxlanılaraq idarəyə aparılıb. Saxlanılanlardan Müsəlman Birliyi Hərəkatı idarə heyətinin üzvü Ağaəli Yahyayev bu dəqiqələrdə Nəsimi rayonu məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmə Yahyayevə polisə müqavmət göstərmə maddəsi ilə 30 sutka inzibatı cəza verib.
Ağaəli Yahyayev saxlanılıb