Ağ Evin keçmiş baş həkimi Baydenin müayinədən keçməsini tələb edib

Konqresmen və Ağ Evin keçmiş baş həkimi Roni Cekson hesab edir ki, dövlət başçısı Co Bayden prezidentlik müddətinin sonuna qədər bu vəzifədə qala bilməyəcək.

Bu barədə R. Cakson özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ lideri mütləq fiziki müayinəndən keçməlidir: “Donald Tramp Baydenin niyə bu qədər qorxduğunu bilirdi?” , - deyə o tvitterdə yazıb.

O, həmçinin Amerika liderinin fiziki və ruhi sağlamlığının müayinəsini tələb edən petisiya hazırlayıb. Ağ Evin keçmiş baş həkimi ayrıca Baydenin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə siyasətini də tənqid edib.