AFR Bundestaqı Azərbaycan fırıldaqçılığı ilə əlaqədar deputatı toxunulmazlıqdan məhrum edib

AFR parlamentinin deputatları AŞPA-da Azərbaycandan pul alınması ilə bağlı korrupsiya araşdırmasının fiqurantı olmuş Aksel Fişerin toxunulmazlıqdan məhrum edilməsinə səs veriblər.

Bundestaq istintaq orqanlarına axtarış aparmaq və ipuçlarını götürmək hüququ verilməsi üçün hakim koalisiyaya daxil olan Xristian-Demokrat İttifaqının (XDİ) deputatı Aksel Fişeri (AxelFischer) deputat immunitetindən məhrum edib. Cümə axşamı, martın 4-də plenum Münhen Baş Prokurorluğu və Federal Ədliyyə Nazirliyinin müvafiq tövsiyələrinə uyğun olaraq yekdilliklə qərar qəbul edib. Göründüyü kimi, qərar Fişerin Azərbaycan hakimiyyətinin xeyrinə mümkün lobbiçilik fəaliyyəti ilə bağlıdır.

Dpa-nın sorğusuna cavab olaraq Münhen Baş Prokurorluğunda bildiriblər ki, araşdırma rüşvətxorluqda şübhəli bilinmə üzrə aparılır. Bu məlumatlara görə, artıq Baden-Vürtemberqdə və Berlində altı obyektdə, əsasən Bundestaqda deputatın ofisində və yaşayış yerlərində  axtarış aparılıb. Əməliyyatda prokurorluğun və Cinayət İşləri üzrə Federal İdarənin 60-a yaxın əməkdaşı iştirak edib. Axtarışdan öncə Bundestaqın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Almaniya nümayəndə heyətinə daxil olmuş keçmiş və fəaliyyətdə olan deputatlarına qarşı miqyaslı istintaq hərəkətləri aparılıb.

"Onlar digər məsələlərlə yanaşı, 2008-2016-cı illərdə Britaniyanın saxta şirkətləri vasitəsilə Azərbaycandan Baltik banklarındakı hesablarına pul almaqda təqsirli bilinirlər", - Prokurorluğun bəyanatında bildirilir. Onun məlumatına görə, Azərbaycan deputatlarının qətnamə layihələrini təqdim etmək və onlara səs vermək, həmçinin AŞPA-da müxtəlif vəzifələr tutmaqla bağlı tələblərinin yerinə yetirilməsi bu vəsaitin alınması ilə əlaqələndirilib.

Hüquq müdafiəçiləri istintaqı alqışlayırlar

Transparencyİnternational beynəlxalq hüquq- müdafiə təşkilatının Almaniya bölməsində Bundestaqda Azərbaycanla bağlı korrupsiya qalmaqalının miqyaslı araşdırılmasını alqışlayıblar. Belə ki, bu qalmaqala təkcə Aksel Fişer cəlb olunmayıb. "Artıq bir neçə ildir ki, ədliyyədən və siyasətçilərdən Azərbaycan fırıldaqçılığından konkret nəticələri tələb edirik", - "TransparencyDeutschland-ın sədri Hartmut Boymer (HartmutBäumer)  bildirib. O xatırladıb ki, 2019-cu ilin martında təşkilat alman parlamentarilər Karin Strenz (Karin Strenz) və Eduard Lintnerə (Eduard Lintner) qarşı iddia qaldırıb və onları rüşvət almaqda ittiham edib.

AŞPA-da azərbaycanlı və alman deputatların əlaqələri ətrafında qalmaqal

Azərbaycan hakimiyyəti uzun illərdir ki, alman siyasətçilər ilə əlaqələr qurur və ölkənin imicini yaxşılaşdırmağa çalışır. Onlar Bundestaqın XSİ-dən keçmiş deputatı Eduard Lintnerin (EduardLintner) ətrafında lobbiçilər şəbəkəsi yaradıblar. Orada XDİ-dən deputat Karin Strenz (KarinStrenz) da iştirak edib. 2020-ci ilin yanvarında bununla əlaqədar Strenz və Lintnerin istifadə etdiyi otaqlarda axtarış aparılıb.

2019-cu ilin martında Karen Ştrenz Azərbaycandan əlavə qazanc barədə Bundestaqa vaxtında məlumat vermədiyinə görə 20 min avro cərimə edilib. 2017-ci ildə AŞPA-da korrupsiya qalmaqalı zamanı onun barəsində şübhələr yaranıb. Əsasən onun adı 2018-ci ilin aprelində müstəqil ekspertlər qrupu tərəfindən dərc olunmuş hesabatda Bakının Avropada maraqlarının lobbiləşdirilməsinə görə rüşvət alması ilə bağlı çəkilir. Bu ittihamlarla əlaqədar 2018-ci ilin əvvəlində Ştrenz AŞPA-da namizədliyi təkrar irəli sürülməyib.

Ştrenzlə bağlı epizod Azərbaycanın Avropa Şurasında korrupsiya qalmaqalına sövq etdiyi lobbiçilik fəaliyyəti haqda "Kürü diplomatiyası" adlı böyük hesabatın yalnız bir hissəsidir. Sənəddə bildirilib ki, Bakı Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini müşahidə edən AŞPA Monitorinq Komitəsinin məruzəçilərinin pulla ələ alınması ilə məşğul olub. Rüşvət kimi çoxsaylı hədiyyələrdən, o cümlədən qara kürü, xalçalar, bahalı içkilər və zinət əşyalarından istifadə olunub.