AEM də ordumuza dəstək oldu

Şanlı ordumuza dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürənlərdən biri də Alternativ Ekspertiza Mərkəzi olub. 

AEM vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan qüdrətli ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1.000 manat vəsait köçürüb.

Mərkəzin direktoru Ələsgər Mirzəyev deyib ki, "vətənimiz üçün önəmli olan bu günlərdə, dövlətimizin apardığı bu haqq mübarizəsində Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu fəxr və qürurla bildiririk. Mərkəzimiz təkcə fəaliyyət göstərdiyi sahələrdə deyil, ümumiyyətlə ölkəmiz üçün əhəmiyyətli olan bütün sferalarda öz sosial məsulityyətini yerinə yetirməkdədir. Hesab edirik ki, ölkəmizin uğur qazanması üçün hər bir fiziki və hüquqi şəxsin dəstəyi önəmlidir. Müzəffər əskərlərimiz ön cəbhədə qələbə qazanmaqdaykən, biz də arxa cəbhədə onlarla həmrəylik nümayiş etdirməliyik.
Vətənimizin suverenliyi uğrunda qətiyyətli mübarizə aparan şanlı ordumuzla qürur duyur və qələbəyə əminliklə inanırıq.
Alternativ Ekspertiza Mərkəzi daim dövlətimizin, millətimizin xidmətindədir.

Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!"