ADR Hərəkatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirəcək

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-da saat 15-da Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin qarşısında piket keçirəcək. Bu barədə Hərəkatın lideri Qubad İbadoğlu Facebook səhifəsində məlumat yayıb.

Aksiya əhalinin aztəminatlı hissəsinin güzəranının pisləşməsi ilə əlaqədar keçiriləcək və 2020 -ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələb ediləcək.