Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin başlatdığı Şəhadət aclığı aksiyasına dəstək üçün qoşulan Eldar Abdullayevin bu gün səhhətindən problem yaranıb. Təcili yardım çağırılıb. Hazırda vəziyyəti stabildir.
Eldar Abdullayev 6 gündür aclıq edir.
Qeyd edək ki, Qobustan zindanında başlayan aclıq aksiyasına məhbuslarla yanaşı digər vətəndaşlar da qoşulub.
Bu gün Sumqayıt məhkəməsinində 10 sutka inzibati həbs cəzası alan Vüqar Əliyev də 6 gündür aclıq edir.
Eyni zamanda Sərdar Bünyadov və Rövşən Kərimzadə aclıq aksiyasına qoşulub.
Arzu Abdulla
Aclıq aksiyasına qoşulanlardan birinin səhhətində problemlər yaranıb