Abşeronda və Bakının 2 rayonunda su olmayacaq

Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində qəza baş verib.
 
"Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 3-də Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.