ABŞ xalqı gələcək nəslə ümidli deyil

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırmaya görə, Amerika xalqının 70 faizi yeni nəslin gələcəyinə ümidli deyil.

Amerikanın “Foxnews” telekanalının xəbərinə görə, ABŞ-da aparılan sorğuya əsasən, insanların 70 faizinin yeni nəslin gələcəyinə ümidli olmadığı bildirilib. ABŞ-da artan kütləvi qətl və silahlı hücumlar, artan xərclər və inflyasiya, koronavirus epidemiyası və ABŞ-ın xarici siyasətdə üzləşdiyi çətinliklər ictimaiyyətin əksəriyyətinin gələcəklə bağlı narahatlığına və ümidsizliyə səbəb olub.

Araşdırmalar göstərir ki, Amerika xalqının əksəriyyəti yeni nəslin gələcəyinə ümidli deyil. Əhalinin 70 faizi gələcək nəsil üçün ABŞ-da yaşamağın çətinləşəcəyinə və vəziyyətin daha da pisləşəcəyinə inanır. Nəhayət, 2020-ci ildə aparılan araşdırmaya görə bu nisbət yüzdə 29 ötüb. 2014-cü ildə ABŞ-da aparılan oxşar araşdırmada Amerika xalqının 61 faizinin gələcəyə ümidli olmadığı ifadə edilmişdi.