ABŞ və Türkiyə “F-35”-lərlə bağlı danışıqları gələn il də davam etdirəcək

Eastnews.org-un verdiyi xəbərə görə,Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr “F-35”-lə bağlı növbəti məsləhətləşmələrin 2022-ci ilin əvvəlində ABŞ-da keçiriləcəyini bildirib.   Qeyd edək ki, ABŞ və Türkiyə nümayəndələri Türkiyənin “F-35 proqramı”ndan çıxarılması ilə bağlı yaranan fikir ayrılıqlarını müzakirə etmək üçün ilk iclası bu il oktyabrın 27-də Ankarada keçiriblər.