ABŞ və İsrail müdafiə nazirləri Vaşinqtonda İranın nüvə proqramını müzakirə ediblər

 İsrailin müdafiə naziri Beni Qants ABŞ-a səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Lloyd Ostinlə görüşüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, tərəflər bu görüşdə qarşılıqlı əlaqələrdən əlavə, “Yaxın Şərqdə təhlükəsizlik”, “ABŞ-ın İsrailin təhlükəsizliyinə təminat verməsi”, “İsrailin bölgədə hərbi üstünlüyünün qorunub saxlanılması”, habelə İranın nüvə proqramını müzakirə ediblər.

Tərəflər burada “İranın nüvə silahını əldə etməsinə mane olmağı”, “onun bölgədə sabitliyi pozan addımlarını” və sair əlaqəli mövzular barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Beni Qantsın ABŞ səfəri Vyanada nüvə danışıqlarının yenidəın başlaması zamanına təsadüf edir.

Ərəb mənbələri bildirib ki, Beni Qants bu səfərdə Əlcəzirənin Qüds üzrə müxbiri Şirin Əbu-Aqilənin qətlə yetirilməsi və onun cənazə mərasiminə zorakı hücumla bağlı da ABŞ tərəfinə açıqlamalar verəcək.