ABŞ Türkiyəni günahlandırmaq əvəzinə, öz yanlış siyasətindən əl çəksin - Çavuşoğlu

ABŞ Türkiyəni günahlandırmaq əvəzinə, öz yanlış siyasətindən əl çəksin.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin Suriya məsələsi ilə bağlı Konqresə ünvanladığı məktubu şərh edərkən deyib.

O bildirib ki, ABŞ rəhbərliyi Konqresə məktub ünvanlayarkən və ya xalqa məlumat verərkən həqiqətləri demir.

Qeyd edək ki, prezident C.Baydenin Konqresə məktubunda Türkiyənin Suriyada mövcudluğunun, ölkənin şimalında keçirdiyi əməliyyatların ABŞ-ın təhlükəsizliyinə təhdid törətdiyi qeyd olunub. C.Bayden ABŞ qoşunlarının Suriyada qalma müddətinin bir il uzadılmasını təklif edib.