ABŞ Türkiyə qarşısında ŞƏRT QOYDU: Rusiya ilə əlaqələr güclənsə...

Türkiyənin Rusiya ilə iqtisadi yaxınlaşması vəziyyətində ABŞ Qərb şirkətlərinə Ankara ilə iqtisadi əməkdaşlığı dayandırmağı və ya azaltmağı "tövsiyyə edə" bilər.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri  məlumat yayıb.

Bildirilir ki, Türkiyə Rusiya ilə rəsmi iqtisadi ortaqlığa girərsə, Vaşinqton Qərb şirkətlərinə Ankara ilə iqtisadi əlaqələrini dayandırmağı və ya azaltmağı tövsiyə etməyi nəzərdən keçirəcək.

"Biz hesab edirik ki, Türkiyə biznes və kapital üçün qlobal bir məkan olmalıdır, lakin Rusiya ilə daha sıx əlaqələr Türkiyənin dünyanın qalan hissəsi ilə inteqrasiyası üçün real risklər yaradacaq", - nəşr yazıb.

Əgər Türkiyə bu cür sanksiyalardan yan keçərsə, Vaşinqton daha da irəli gedə, dollarla ödəmək üçün ikinci dərəcəli sanksiyalardan istifadə etməyi qadağan edə bilər.

Xatırladaq ki, avqustun 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən danışıqlarda Rusiya qazının qismən rublla ödənilməsinə keçidlə bağlı razılığa gəliblər.