ABŞ Texasdan gələn xəbərlə sarsıldı: 46 ölü!

ABŞ-ın Texas ştatı fəlakətə ev sahibliyi edib. San Antonioda tərk edilmiş yük maşınının arxasında 46 cəsəd tapılıb.
Operativ.tv CNN TÜRK-ə istinadən xəbər verir ki, ölənlərin qeyri-qanuni miqrantlar olduğu ehtimal edilir. Ölənlər arasında uşaqların olmadığı qeyd edilib. San Antonio Yanğın İdarəsi 4-ü uşaq olmaqla ümumilikdə 16 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Rayon yanğınsöndürmə idarəsinin rəisi Çarlz Hud bildirib ki, xəsarətlərlə xəstəxanaya yerləşdirilən insanlarda istilik vurması əlamətləri var. Səlahiyyətlilər soyuq daşıma xüsusiyyətinə malik yük maşınının kondisionerlərinin işləmədiyini, içərisində su olmadığını da açıqlayıb.
Yük maşını şəhərdən kənarda dəmir yolu yaxınlığında, uzaq bir yerdə tərk edilmiş vəziyyətdə tapılıb. Şəhər polisi hadisə ilə əlaqəsi olduğu güman edilən 3 nəfərin nəzarətə alındığını açıqlayıb.