ABŞ Suriyadakı bazasına hücumda İranı ittihamlandırıb

 ABŞ rəsmi mənbələri Suriya-İordaniya sərhədində yerləşən ət-Tənif bazasına hücumun arxasında İranın durduğunu bildiriblər.

SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın rəsmi mənbələri Associated Press-ə məlumat veriblər.

Bildirilib ki, Suriyadakı ət-Tənif bazasına PUA-larla hücumun arxasında İran durur.

Əlavə edilib ki, "İran hücumun həyata keçirilməsinə təhrik edib, lakin PUA-lar onun ərazisindən qalxmayıb."

Qeyd edək ki, ət-Tənif Suriya-İordaniya-İraq sərhədindən yerləşir. İki həftə öncə İsrail məhz bu bazanın üzərindən Palmiraya hücum etmişdi. Ondan sonra ət-Tənif bazası beş ədəd kamikadze PUA-sı vasitəsilə hədəfə alınıb. Burada canlı qüvvələrdən ölən olmasa da ciddi dağıntıların qeydə alındığı deyilir.