ABŞ SEPAH-ı terrorçu təşkilat siyahısına saldı

ABŞ SEPAH-ı terrorçu təşkilat siyahısına saldı

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.

 

“CNN xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. 

 

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

 

Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.

 

Qeyd edək ki, ABŞ-ın SEPAH-ı terrorçu təşkilat olaraq tanımasından sonra İran xarici işlər naziri Cavad Zərif İran Prezidenti Həsən Ruhaniyə məktub yazaraq Prezidentdən İran Ali Milli Təhlükəsizlik Şurasında CENTCOM-u (ABŞ Hərbi Qüvvələri Mərkəzi Komandanlığı) Qərbi Asiyada (Yaxın Şərq) terrorçu təşkilatlar siyahısına daxil etməyi təklif edib.

Facebook