ABŞ senatoru: Ukraynaya kömək etmək üçün Çindən borc almalı olacağıq

Operativ.tv Al-Mayadeen-ə istinadən verdiyi xəbərə görə, ABŞ senatoru Rand Paul ABŞ-ın Ukraynaya kömək etmək üçün lazımi vəsaitə malik olmadığını açıqlayır və bunun üçün “Çindən borc almağa ehtiyac ola biləcəyini” göstərir.
“Birləşmiş Ştatlar Ukraynaya rekord məbləğdə 40 milyard dollarlıq yardım paketi vermək üçün Çindən borc götürməli olacaq” - ABŞ-ın respublikaçı senatoru Rand Paul deyib.
ABŞ-ın "BREITBART" portalına verdiyi müsahibədə Paul, "Kiyev qarşısında vəd edilmiş öhdəlikləri yerinə yetirmək üçün lazım olan vəsaitin ABŞ büdcəsində olmadığını" açıqladı: "Göndərməyə pulumuz olmadığını bilmək vacibdir. Biz isə Ukraynaya pul göndərmək üçün Çindən borc almalıyıq”.