ABŞ senatorlarından Co Baydenə reaksiya: Türkiyəyə F-16 satışı dayandırılmalıdır

ABŞ senatorları prezident Co Baydenin Türkiyəyə F-16-ların satışına dəstəyini tənqid ediblər.
Operativ.tv Cumhuriyet-ə istinadən xəbər verir ki, Yunan əsilli ABŞ Respublikaçı Konqresinin üzvləri Nikol Malliotakis və Qus Bilirakis ABŞ prezidenti Co Baydenin Türkiyə ilə bağlı açıqlamalarına reaksiya verib.
Nikol Malliotakis və Qus Bilirakis birgə bəyanat yayaraq, Co Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışına dəstəyini tənqid ediblər.
İki senatorun birgə bəyanatında deyilir: “Mitsotakisin ABŞ-a səfəri zamanı Türkiyənin təcavüzündən narahat olan prezident Co Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışını dəstəkləməsi şok edicidir”.
"Yunanıstan Konqresi Qrupunun üzvləri olaraq biz ABŞ-ın hərbi texnikasının Türkiyəyə satışına qəti şəkildə qarşıyıq və narahatlığımızı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki həmkarlarımıza çatdırmağa davam edəcəyik. Təcavüzə qarşı birləşmək Konqresin borcudur.” - deyə birgə bəyanatda bildirilir.