ABŞ sanksiyalarına baxmayaraq İranın qaz məhsulları daşıyan dördüncü tankeri Venesuelaya çatıb

“İranın qaz kondensatının dördüncü tankeri Venesuelada boşaldılacaq.”

SalamNews bu barədə Reuters-ə istinadla xəbər verir.

Məlumata görə, İranın qaz kondensatının dördüncü partiyası Venesuelaya çatıb və yaxın bir neçə gün ərzində boşaldılacaq.

"İki milyon barel qaz kondensatı indicə İrandan idxal edilib", deyə venesuelalı deputat Anxel Rodrigez bildirib.

Prezident Nikolas Maduronun rəhbərlik etdiyi partiyanın üzvü Anxel Rodrigez ABŞ-ın sanksiyalarına toxunaraq deyib:

“Bu, ölkədəki vəziyyəti göstərir. Biz əvvəllər istehsal etdiyimiz məhsulları indi almaq məcburiyyətində qalmışıq.”