ABŞ Rusiyanı daha ağır iqtisadi sanksiyalarla hədələdi

ABŞ-ın milli təhlükəsizlik müşaviri Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya hücum edərsə, Moskva ağır iqtisadi nəticələrlə üzləşəcək.

ABNA24 xəbər verir: Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ və Qərb müttəfiqləri tərəfindən "ağır iqtisadi nəticələrlə" üzləşəcək.

O, CBS telekanalına müsahibə verərkən deyib: "Rusiyanın Ukraynaya kiberhücumlarla təzyiq etdiyi ortaya çıxarsa və bu, qarşıdakı dövrdə də davam edərsə, biz müttəfiqlərimizlə müvafiq cavab tədbirləri üzərində işləyəcəyik”.

Sullivan əlavə edib: "Rusiya hərbi əməliyyata başlayarsa, ABŞ onların iqtisadiyyatına və Avropadakı strateji mövqelərinə zərbə vuracaq addımlar atacaq və Rusiyanın bu hərəkəti NATO-nun həmrəyliyini gücləndirəcək".