ABŞ Ərdoğanın sözlərini təkzib etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonun F-35-lərin əvəzinə F-16 qırıcı təyyarələrini satmaq üçün Ankaraya təklif verilməsini təsdiqləməyib.   ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "ABŞ Türkiyənin F-16 istəyi ilə əlaqədar heç bir maliyyələşdirmə təklifi etməmişdir", - deyib.   "Reuters" xəbər agentliyinin verdiyi məlumata görə, Prays, həmçinin ABŞ-ın Türkiyəyə F-16-ları maliyyələşdirmək üçün heç bir təklif vermədiyini də bildirib.   Xatırladaq ki, Ərdoğan ABŞ-ın Türkiyənin F-35 təyyarələri üçün etdiyi ödənişin əvəzini F-16-larla qaytarmağı təklif etdiyini söyləmişdi.