İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının yeni komandanı İsmail Kaani amerikalıları öldürərsə onu Qasim Süleymaninin taleyi gözləyir. "Əşrərq əl-Əvsət" qəzetinin məlumatına görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
"Kaanini amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət gözləyir", - o, vurğulayıb.
Huk onu da qeyd edib ki, İran ABŞ əsgərlərini öldürəndən sonra ABŞ prezidenti Qasim Süleymanini öldürmək əmrini verib.
Xatırladaq ki, "Qüds" briqadasının komandanı Qasim Süleymani yanvarın 3-ü Bağdaddakı hava limanının yaxınlığında ABŞ tərəfindən terror edilib.
ABŞ `Qüds` briqadasının yeni komandanını təhdid edib