ABŞ ordusunun logistika karvanı Suriyaya daxil olub

Operativ.tv Rasthaber-ə istinadən məlumatına görə, ABŞ qüvvələri növbəti dəfə Suriyanın suverenliyini və beynəlxalq hüququ pozaraq, Şimali İraqdan Suriya ərazisinə hərbi və logistika texnikası karvanını gətirib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, sursat, avadanlıq və yanacaq tankerləri daşıyan 70 maşından ibarət karvan çərşənbə günü gecə qanunsuz əl-Valid qapısından Suriyaya daxil olub.
Son aylarda ABŞ Suriyanın neftini və digər təbii sərvətlərini oğurlamaq üçün bu ölkədə qeyri-qanuni mövcudluğunu gücləndirmək məqsədilə Suriyaya qanunsuz olaraq silah, hərbi texnika və logistika daşıyan minlərlə yük maşını keçirib.
Suriya rəsmiləri ABŞ və müttəfiqlərinin Suriyadakı hərəkətlərinin “işğal” olduğunu dəfələrlə vurğulayıblar.
Xatırladaq ki, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad bu yaxınlarda ABŞ işğalçılarını Suriyanı dərhal tərk etməyə çağıraraq, ABŞ-ın Suriyadakı mövcudluğunun qeyri-qanuni olduğunu vurğulamışdı.
Qeyd edək ki, ABŞ Suriyada terrorçuların ən böyük dəstəkçisidir.