ABŞ Nümayəndələr Palatası erməni soyqırımı iddası ilə bağlı qətnamə qəbul etdi

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsinin" "Erməni soyqırımı" kimi tanınması ilə bağlı qərar ABŞ Nümayəndələr Palatasında əksəriyyətin dəstəkləməsiylə qəbul edilib.
 
Bu barədə "BBC Azərbaycan" məlumat verib.
 
Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub.
 
Bu qərarda 1915-ci illə 1923-cü illər ərzində baş verən hadisələrərin "soyqrım" kimi qəbul edilməsi və belə anılması istənilir.
 
Sözügedən qərarın məcburi tərəfi yoxdur. Yəni, Nümayəndələr Palatasının qərarı ABŞ-ın 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsini "soyqrım" kimi qəbul etdiyi demək deyil.
 
Bu qərarın qəbulu ilə birlikdə ilk dəfədir ki, ABŞ Konqresinin bir palatası 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "kütləvi öldürülməsini" "soyqrım" kimi qəbul edib.
 
Səsvermədən sonra bəyanat verən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, layihə Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" hərəkatına görə müzakirəyə çıxarılıb.
 
Səsvermə barədə fikrini Twitterdəki hesabından bildirən Çavuşoğlu yazıb ki, "Layihələri iflasa uğrayanlar rəflərdəki köhnə layihələri qucaqlayıblar. Bu yolla bizdən intiqam alacaqlarını hesab edənlər yanılırlar. Tarixi siyasi alətə çevirənlərin bu utandırıcı qərarı hakimiyyətimiz və xalqımız tərəfindən heç bir əsası olmamış kimi qəbul edilir".