ABŞ-ın nümayəndə heyəti Bakıya gəldi

ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıya gəlib.

"Unikal"-a istinadən Operativ.tv  xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-nin Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb.

Həmçinin ABŞ səfirliyindən Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı təbridlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyduğu bildirilib.