ABŞ müdafiə naziri: Vaşinqton Şimali Koreyanın yenidən danışıqlar masasına oturmasını istəyir

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Lloyd Austin cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın ikitərəfli danışıqları bərpa etməsini istəyir.   ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın ikitərəfli danışıqları bərpa etməsini istəyir:   "Lakin Pxenyan silah proqramlarını inkişaf etdirərək regionda sabitliyi pozmağa davam edir. Biz Şimali Koreyanın raket və silah proqramlarını inkişaf etdirməyə davam etdiyi və bu hərəkətin regional təhlükəsizliyi getdikcə daha çox pozduğuna dair birgə qiymətləndirməmizi təsdiqləyirik. Biz Şimali Koreyanı dialoqa çağırmağa davam edirik".