ABŞ Milli Təhlükəsizlik müşaviri Sullivan: Prezident Ərdoğan və Bayden görüşə bilər

ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan "Prezident Ərdoğan və ABŞ prezidenti Bayden Madrid sammitində görüşə bilərlər" deyib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden Madriddə keçiriləcək NATO Sammitində görüşə bilərlər" – deyə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Operativ.tv AKSAM-a istinadən xəbər verir ki, iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə baş tutacaq NATO Zirvəsi öncəsi ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan Ərdoğan-Bayden görüşü ilə bağlı açıqlama verib.
Sallivan deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbi ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Bayden və Ərdoğanla görüşmək mümkündür.
Madriddə keçiriləcək NATO Zirvə Toplantısında bütün problemlərin həll olunacağını proqnozlaşdırmadığını bildirən Sullivan, "Türkiyənin narahatlığı davam etsə də, məqsəd mümkün olanda problemləri həll etməkdir" - deyə o, bildirib.