ABŞ logistika karvanı Bəsrədə hədəf alınıb

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, İraqın Bəsrə əyalətində başqa bir ABŞ hərbi logistika karvanı hədəf alınıb.
Hələlik heç bir qrup bu hücumun məsuliyyətini öz öhdəsinə götürməyib.

Xatırladaq ki, bu yaxınlarda Ziqar və Əl-Ənbar əyalətlərində ABŞ hərbi logistika konvoyu keçərkən, yol kənarında bomba partladılmışdı.

Qeyd edək ki, son aylarda ABŞ logistika karvanları İraqın müxtəlif bölgələrində dəfələrlə hücumlara məruz qalıb. Bununla belə, amerikalılar İraq parlamentinin onların ən qısa zamanda İraqı tərk etmək haqqqındakı qərarına riayət etməkdən yayınmağa davam edirlər.