ABŞ-lı deputat müsəlman həmkarını təhqir etdi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ konqresinin nümayəndələr palatasının üzvü olan respublikaçı Loren Bebert etdiyi zarafata görə həmkarı İlhan Ömərdən üzr istəməkdən imtina edib.

Həmin zarafatda islamofobiya əlamətləri sezilir.

Xatırladaq ki, Bebert demişdi ki, müsəlman olan İlhan liftdə rahat hərəkət edə bilər, çünki onun çantası yoxdur. O, bununla özünü partladan kamikadzelərə eyham vurub.

Bundan sonra hər iki deputat arasında telefon danışığı baş tutub.

Deputat Bebert islamofob sənədlər və uydurma yalana görə üzr istəməyin yerinə öz fikirlərinin təhlükəlilik və zərərliliyini açıq şəkildə etiraf etməkdən imtina edib. Bunun əvəzinə o, yenidən öz ritorikasını təkrar edib və mən bu, qeyri-məhsuldar zəngi bitirmək qərarına gəldim“, – deyə İlhan bldirib.