ABŞ kəşfiyyatı: "Rusiya 175 min hərbçi ilə Ukraynaya hücuma keçməyi planlaşdırır"

"Rusiya 2022-ci ildə bir neçə cəbhədən Ukraynaya hücuma keçməyi planlaşdırır".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu qənatə ABŞ kəşfiyyat idarəsinin rəsmiləri gəliblər.

Onlar hesab edirlər ki, hücumda 175 min rus hərbçisi iştirak edəcək.

Məlumata görə, işğal planına həmçinin zirehli texnika, artilleriya da cəlb olunacaq.

Qeyd edək ki, rəsmi Kiyev bundan əvvəl yanvarda müharibə olacağı barədə xəbər yaymışdı.