ABŞ Konqresi Trampın İranla bağlı səlahiyyətlərini əlindən alır

ABŞ Nümayəndələr Palatası bu həftə prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa qərar verəcək. 

Bu barədə spiker Nensi Pelosi bildirib.

 

"Bu həftə Palataya prezidentin İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq məqsədilə hərbi səlahiyyətlər haqqında qətnamə təqdim ediləcək və bununla bağlı səsvermə olacaq", - spikeirn saytında qeyd edilib.

 

Qətnaməyə əsasən, Tramp Konqresin razılığı olmadan İrana qarşı hər hansı hərbi əməliyyat keçirə bilməyəcək.