ABŞ jurnalist Əbu Aqiləni öldürən gülləni Fələstinə qaytarıb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Fələstinin ədliyyə naziri Məhəmməd əl-Şalalidə ABŞ-ın Əl-Cəzirə müxbiri Şirin Əbu Aqiləni öldürən gülləni araşdırdıqdan sonra geri qaytardığını bildirib.
Şalalidə AA-ya verdiyi açıqlamada Vaşinqtonun tələbi ilə mayın 11-də işğal altındakı İordan çayının qərb sahilində Əbu Aqiləni öldürən güllənin araşdırılmaq üçün ABŞ-a təhvil verildiyini bildirib.
ABŞ-ın araşdırmalardan sonra gülləni Fələstin səlahiyyətlilərinə qaytardığını ifadə edən Şəlalidə, "Güllə geri qaytarıldıqdan sonra bizim tərəfimizdən də araşdırıldı və üzərində heç bir dəyişiklik olmadığı sübuta yetirilmədi" deyib.
Şalalidə ABŞ-da aparılan araşdırmalarda rejim nümayəndələrinin də iştirak etməsi ilə bağlı onlara heç bir məlumatın çatmadığını bildirib.
ABŞ-la rəsmi prosedurlara riayət etdiklərini, gülləni də etik və hüquqi öhdəliklərə  uyğun təslim etdiklərini deyən Şəlalidə, İsrailin ABŞ-dakı araşdırmalara qarışıb-qarışmadığını bilmədiklərini qeyd etdi.
ABŞ-ın istintaq proseslərindəki ciddiliyi kontekstində gülləni tələb etdiyinə işarə edən Şalalidə, "Əhəmiyyətli olan bu qətli törədən şəxsin tutularaq hesaba çəkilməsidir. Əslində öldürülən Şirin Əbu Aqilə ABŞ vətəndaşı idi. Ona görə də ABŞ-ın nəinki istintaqa əhəmiyyət verməsi, hətta bu qətli törədənləri də təqib etməsi gözlənilir”. deyib.
Fələstinin ədliyyə naziri Şalalidə ABŞ-ın güllə ilə bağlı araşdırmalarının nəticələrinin onlara çatmadığını, lakin araşdırmada qərarlı olduqlarının vurğulayıb.
Xatırladaq ki, Əl-Cəzirə televiziyasının təcrübəli səhra müxbiri 51 yaşlı Əbu Aqilə mayın 11-də sionist qüvvələrin Qərbin Cenin şəhərindəki qaçqın düşərgəsinə basqını izləyərkən rejim əsgərləri tərəfindən açılan atəş nəticəsində həlak olub.