ABŞ İŞİD üzvlərini daşımağa davam edir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqın Əl-Ənbar əyalətinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi cümə günü bildirib ki, Suriyadakı əl-Hol düşərgəsinə nəzarət edən rəsmilər bütün İŞİD liderlərini və elementlərini ABŞ-ın nəzarəti altında başqa yerə köçürüblər. Amerika İŞİD-in İraq vətəndaşları istisna olmaqla, bu terror təşkilatının bütün digər ünsürlərini naməlum düşərgəyə köçürüb. Amerikanın bu hərəkəti çox şübhəlidir və görünür, ABŞ İraqa qarşı yeni sui-qəsd planlaşdırır.

Xatırladaq ki, əl-Ənbar əyalətinin bu məmuru daha əvvəl müxalifətə baxmayaraq, İŞİD terrorçularının ailələrinin Suriyadakı Əl-Hol düşərgəsindən Mosuldakı Əl-Cəda düşərgəsinə köçürülməsi üçün İraq hökumətinə beynəlxalq təzyiqlərin olduğunu təsdiqləmişdi.