ABŞ İrandan ağır su alıcılarına qarşı sanksiya tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp hakimiyyəti İrandan ağır su idxal edənlərə qarşı sanksiya tətbiq etmək niyyətindədir. 

 

Bu barədə "The Washington Free Beacon " yazıb. 

 

Resurs bir sıra mənbələrinə istinadən yazır ki, ABŞ ilk növbədə İranda istehsal olunan ağır suyun beynəlxalq idxalçılarına qarşı sanksiya tətbiq edəcək çunki İslam respublikası sözügedən ticarətdən milyardlarla dollar gəlir əldə edə bilər. 

 

Həmçinin mənbələr qeyd edib ki, Vaşınqton hələlik sanksiya tətbiq edəcək şirkətlərinin adlarını açıqlamayıb.