ABŞ iki Çin diplomatını gizli şəkildə qovur

ABŞ rəsmiləri gizli şəkildə iki Çin diplomatına ölkəni tərk etməyi əmr edib. Onlar 2019-cu ilin sentyabrında Virciniyadakı hərbi bazaya qanunsuz girməyə cəhd etməkdə ittiham olunur. Bu barədə  "The New York Times" yazır.

 

Nəşrin məlumatına görə, diplomatlardan ən azı biri ÇXR xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

 

Məlum olduğu kimi, bu diplomatlar və xanımları xüsusi təyinatlıların bazasına gəliblər. Onların üstlərində icazələri olmayıb. Bundan sonra saxlanılıblar və bazanı tərk etmələri istənilib.

 

ABŞ tərəfi bildirir ki, çinlilər bu hərbi obyektdəki təhlükəsizlik sistemi haqqında məlumat almağa çalışıblar.

 

Öz növbəsində çinlilər anlaşılmazlıq olduğunu söyləyib. Onların sözlərinə görə, ingilis dilində zəif danışırlar.