ABŞ dövlət katibi Azərbaycanla Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

“ABŞ Azərbaycan və Ermənistanı razılaşdırıldığı kimi atəşkəs rejiminə əməl olunması üzrə öhdəliklərini yerinə yetirməyə, Gəncə və Xankəndi kimi mülki əraziləri atəşə tutmamağa çağırır.

 

Biz insanların həlak olması ilə əlaqədar başsağlığı veririk və sülh yolu ilə nizamlanmaya sadiq qalıdır”, - bu barədə çərşənbə axşamı ABŞ dövlət katibi Mayk Pompeo Tvitter akkauntunda yazıb.