ABŞ-dan Ərəb ölkələrinə Suriya təzyiqi

Al-Sharq Al-Awsat qəzeti xəbər yayıb ki, ABŞ hökuməti bu yaxınlarda ərəb paytaxtlarına mesaj göndərərək onları Suriya hökuməti ilə münasibətlərini öz planları əsasında normallaşdırmağa çağırıb.

Səudiyyə Ərəbistanı Krallığına yaxın media, adının açıqlanmasını istəməyən ərəb diplomatın Vaşinqtonun bəzi ərəb ölkələrinə göndərdiyi mesajda siyasi proseslər və Suriyanın Ərəb Liqasına haqqlar alınmadan qayıtması barədə xəbərdarlıq etdiyini bildirib. Ərəb diplomatına görə Vaşinqton ərəb ölkələrinə boykot yanaşmasını davam etdirməyi tapşırıb. Diplomat vurğulayıb ki, ABŞ hökumətinin bu addımı martın sonunda Əlcəzairdə ərəb sammitinin keçirilməsi ideyasına ciddi etiraz edir. Axı Vaşinqton ərəb müttəfiqləri və ya avropalıların Suriya ilə bağlı hər hansı bir hərəkətinin Ağ ev ilə koordinasiya olunmasını istəyir.

Al-Sharq Al-Awsat-ın məlumatına görə, ABŞ mesajında ​​İordaniyanın Suriyaya iqtisadi qapılarını açması lazım olduğunu qəbul edərkən, Suriyadan hər hansı güzəştə gedib-getmədiyinə dair İordaniyanı da sorğulayıb.