ABŞ-da Müstəqillik Günü tədbirində silahlı hücum

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, iyulun 4-də ABŞ-ın İllinoys ştatının Haylend Parkında keçirilən tədbir zamanı atəş səsləri eşidilib.
Highland Park polisi Müstəqillik Günü üçün keçirilən paradda naməlum təcavüzkarın silahlı hücumu nəticəsində 6 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını açıqlayıb.
İllinoys ştatının Nümayəndələr Palatasının üzvü Bred Şnayder öz Twitter hesabında Highland Park şəhərində Müstəqillik Günü qeyd etmələri zamanı atışma baş verdiyini açıqlayıb.
ABŞ-ın İllinoys ştatında 4 iyul Müstəqillik Günü qeyd etmələri zamanı həyata keçirilən silahlı hücumda 6 nəfəri öldürdüyü, 30 nəfəri yaraladığı bildirilən şübhəli Robert E. Crimo III tutulub.
"Mən bilirəm ki, bu gün bir çox amerikalı ətrafa baxır və görür ki, Birləşmiş Ştatlar kifayət qədər bölünüb və bundan narahatdırlar" – deyə ABŞ prezidenti Bayden bu gün Çikaqoda Müstəqillik Günü şənliyində baş verən atışmaya işarə edib.