ABŞ-da Katolik Kilsəsi üçün cinsi istismar cəzası

ABŞ-da Katolik Yeparxiyası cinsi istismara görə 121,5 milyon dollar təzminat ödəyəcək.
Operativ.tv Yenisafak-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Santa Fe Baş Yeparxiyası din xadimləri tərəfindən “güclü dəlillərə” əsasən uşaqlara qarşı zorakılıq hallarına görə mühakimə olundu.
İddia nəticəsində Baş Yeparxiyanın 375 iddiaçıya 121,5 milyon dollar təzminat ödəməyə razı olduğu açıqlanıb.
Qeyd edək ki, qalmaqallı işin Nyu Meksiko ştatının mərkəzi və şimalındakı kilsələrə və dini məktəblərə təyin olunmuş təxminən 74 keşişin yüzlərlə uşağa qarşı cinsi istismar cinayətlərini əhatə etdiyi paylaşılıb.