ABŞ: Baydenin Ərdoğanla danışmaq niyyəti yoxdur

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfəri zamanı prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Sullivan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə və AKP sədri Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi təhlükəsizlik narahatlıqlarının aradan qaldırıla biləcəyini, Baydenin Ərdoğanla birbaşa danışmaq niyyətində olmadığını bildirib: "Biz inanırıq ki, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı prezident Ərdoğan və digər rəsmilər tərəfindən ifadə edilən narahatlıqları müzakirə olunaraq həll edilə bilər".
Dünən həmkarı İbrahim Kalınla, ABŞ dövlət katibi Antoni Blinkenin isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünü xatırladan Sullivan, “Bu gün həm Finlandiya prezidenti, həm də İsveç baş naziri birbaşa prezident Ərdoğanla və onun komandası ilə görüşmək niyyətində olduqlarını bildiriblər. Həmçinin, komandalar görüşməyə davam edəcək.” deyə bildirib.
ABŞ prezidenti Co Baydenin dünən İsveç və Finlandiya liderləri ilə görüşdüyünə diqqət çəkən Sullivan ABŞ-ın bu iki ölkənin NATO-ya üzvlük prosesini tam dəstəklədiyini vurğulayıb.
Sullivan ABŞ-ın məsələnin həlli üçün birbaşa prezident Ərdoğanla danışmaq fikrində olmadığını və bu məsələnin əslində Türkiyə, Finlandiya və İsveç arasında həll edilməsi lazım olan bir məsələ olduğunu bildirib.